Müğənni Roza Zərgərli yeni açıqlaması ilə diqqət çəkib.
7Times.az xəbər verir ki, o, aparıcısı olduğu “Tam vaxtıdır” verilişində sənətə gəlməsindən danışıb.
Roza bildirib ki, keçmiş müəlliməsi ona müğənni ola bilməyəcəyini deyib:
“Bir müəlliməm var idi. Gənc opera ifaçısı ilə həmin müəllimin yanına hazırlığa gedirik. Oğlanla bir-birimizi sevirdik. Müəllimə əvvəllər məni təriflədi. Sonra bildi ki, oğlanla bir-birimizi sevirik, mənə qarşı dəyişdi.
Mahnı oxuyurdum, dedi ki, dayan, sən oxuya bilmirsən və heç vaxt oxuyan olmayacaqsan. Sən ərə getsən, uşaqların üçün hamamda oxuyacaqsan.
Oradan çıxdım, evə qədər piyada gəldim. Amma sonra məni Xalq artisti Azər Zeynalov, Əməkdar artist Teymur Əmrah yoxladı, dedilər ki, mükəmməl oxuyur. Beləliklə, konservatoriyaya qəbul oldum”.
Follow @7timesaz