İdman

Şenol Güneş bu ulduzu Azərbaycana gətirməyi planlaşdırmır

Şenol Güneş bu ulduzu Azərbaycana gətirməyi planlaşdırmırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beşiktaş”ın futbolçusu Raşid Gezzal Bakıda “Sabah”a qarşı keçiriləcək xeyriyyə oyununu buraxacaq.

Sportinfo.az xəbər verir ki, əlcəzairli hücumameylli yarımmüdafiəçi zədəsini sağaltsa da, hələlik komanda ilə məşqlərə başlamayıb.

İstanbul təmsilçisinin baş məşqçisi Şenol Güneş oynamağa hazır olmayan 31 yaşlı vingeri Azərbaycana gətirməyi planlaşdırmır.

Təcrübəli oyunçu ən yaxşı halda mayın 21-də səfərdə “Adana Demirspor”la keçiriləcək Superliqanın XXXV tur matçında meydana çıxa bilər.