İdman

Serb futbolçu Messinin rekordunu qırdı

Serb futbolçu Messinin rekordunu qırdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiyalı hücumçusu Duşan Tadiç bir təqvim ilində qol ötürmələrinin sayına görə argentinalı həmkarı Lionel Messinin müəyyən etdiyi rekordu yeniləyib.

7times.az xəbər verir ki, “Ayaks”da çıxış edən futbolçu Niderland çempionatının 16-cı turunun “AZ Alkmaar” ilə oyunda (2:1) 2021-ci il ərzindəki 37-ci məhsuldar ötürməsini edib.

Bununla da, 33 yaşlı serb Messinin rekordunu qırıb.

Qeyd edək ki, sonuncu bu nailiyyəti 2011-ci ildə “Barselona”da çıxış edərkən il ərzində 36 məhsuldar ötürmə etməklə müəyyənləşdirmişdi.