Serbiya prezidenti Aleksandar Vucic bildirib ki, onun böyük ailəsində LGBT icmasının nümayəndəsi var.
Bu barədə dövlət başçısı Milli Təhlükəsizlik Şurasının iclasında Belqradda gey-paradla bağlı sualı cavablandırarkən bildirib.
Vuçiç eyd edib ki, həmkarlarından bir çoxu geydir və ona böyük köməklik göstərirlər.
“Əgər Ane Brnabiçin (Serbiyanın lezbiyan baş naziri – red.) şər olduğunu düşünsəm, o, olduğu yerdə olmazdı. Mənim böyük ailəmdə gey qadın var və mən onu heç vaxt, heç kimə dəyişmərəm. Düşünmürəm ki, bunda pis nə isə var”, – deyə prezident bildirib.
O, həmçinin gey paradları sevmədiyini də qeyd edib.
Vuçiçin sözlərinə görə, LGBT icması məsləhət üçün ona müraciət etsəydi, o, onlara paradlarla deyil, digər mühüm məsələlərlə məşğul olmağı məsləhət görərdi.
Xatırladaq ki, sentyabrda Belqradda keçirilməsi planlaşdırılan gey parad Kosovo və Metohiyadakı böhran səbəbindən ləğv edilib.oxu.az
Follow @7timesaz