Dünya

Sərdar Berdiməhəmmədov hökumətin istefasını qəbul etdi

Sərdar Berdiməhəmmədov hökumətin istefasını qəbul etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov hökumətin istefasını qəbul edib.
Sfera.az xəbər verir ki, Serdar Berdiməhəmmədov müvafiq sərəncamı bir gün əvvəl paytaxtın Ruxyet sarayında keçirilən andiçmə mərasimindən sonra imzalayıb.
Sənəd bazar günü “Neytral Türkmənistan” qəzetində dərc olunub.

Sənəddə, həmçinin ölkənin Nazirlər Kabinetinin istefaya göndərilən üzvlərinə yeni hökumət formalaşana qədər öz vəzifələrini icra etməyə davam etmək tapşırılıb.
Xatırladaq ki, Türkmənistanda növbədənkənar prezident seçkiləri martın 12-si keçirilib. Ölkənin hazırkı Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu, 40 yaşlı Sərdar Berdiməhəmmədov 72,97 faiz səs qazanaraq ölkə Prezidenti seçilib.