Dünya

Sergey Lavrov: “Üçtərəfli görüşdə mühüm irəliləyiş əldə edilib”

Sergey Lavrov: “Üçtərəfli görüşdə mühüm irəliləyiş əldə edilib”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənubi Qafqazda ticari-iqtisadi kommunikasiyaların açılması məsələləri ilə Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin iştirak etdiyi Üçtərəfli İşçi Qrup məşğul olur”.

7Times.az  report-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahanianla danışıqlardan sonra deyib.

S.Lavrov kommunikasiyaların açılması ilə məşğul olan Üçtərəfli İşçi Qrupun fəaliyyətindən danışıb:

“İşçi qrup dinamik şəkildə fəaliyyət göstərir. Eyni zamanda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı görüşlər keçirilir. İşçi qrupu razılaşmaların əldə olunmasında mühüm irəliləyiş əldə edib. Ümid edirəm ki, bu, yaxın vaxtlarda rəsmiləşəcək. Bu istiqamətdə işlərin təcrid olunmuş şəkildə deyil, “Şimal-Cənub” daxil olmaqla, daha geniş nəqliyyat layihələri ilə sıx əlaqədə aparılması xüsusilə vacibdir”.

 

O həmçinin vurğulayıb ki, görüşdə Rusiya, İran və Azərbaycan arasında Rəşt-Astara dəmir yolunun kiçik hissəsinin tikintisi ilə bağlı davam edən müzakirələr ətrafında danışıqlar aparılıb.

 

Rusiya XİN rəhbərinin sözlərinə görə, sentyabrda profilli mütəxəssislərin təmasları planlaşdırılır.