Dünya

Sergey Prixodko vəfat etdi

Sergey Prixodko vəfat etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2013-2018-ci illərdə Rusiya Baş nazirinin birinci müavini olmuş Sergey Prixodko uzun sürən xəstəlikdən sonra bu gün 64 yaşında dünyasını dəyişib.

7times.az-ın “TASS” agentliyinə istinadən məlumatına görə, Rusiya hökuməti Prixodkonun ölüm faktını təsdiqləyib.

Prixodkonin “Lou Gehrig” xəstəliyi olaraq da bilinən amiotrofik yanal skleroz xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Qeyd edək ki, Sergey Prixodko 12 yanvar 1957-ci ildə Moskvada anadan olub. Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə sahibdir. 1998-2004-cü illərdə Prezident Administrasiyası rəhbərinin müavini, 1997-1998 və 2004-2012-ci illərdə Prezidentin köməkçisi vəzifələrində çalışıb. 2020-ci ilin yanvarında isə Rusiyanın Baş naziri Mixail Mişustin Prixodkonu köməkçisi təyin etmişdi.qafqazinfo