Dünya

Sərkisyan uzun illər bunu gizləyirmiş

Sərkisyan uzun illər bunu gizləyirmişbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan prezidenti Armen Sərkisyanı vəzifəyə başlayan zaman ikili vətəndaşlığını gizlətməkdə ittiham edirlər.

7times.az xəbər verir ki, bu barədə ölkənin vəkillər palatasının sədri Ara Zohrabyan bildirib.

Onun sözlərinə görə, 53 vəkil bu məsələ ilə bağlı baş prokurorluğa müraciət edib.

Vəkillərin bəyanatında qeyd edilir ki, Sərkisyan 2003-2012-ci illərdə azı on il Britaniya vətəndaşlığına malik olub və 2018-ci il martın 2-də Ermənistan prezidenti seçilib. Halbuki qanuna görə, bu vəzifəyə yalnız son altı ildə Ermənistan vətəndaşı olan şəxs seçilə bilər.

“Armen Sərkisyan o halda Ermənistan prezidenti seçilə bilərdi ki, onun Britaniya vətəndaşlığına 2012-ci il martın 1-də xitam verilmiş olsun”, – Zohrabyan özünün Feysbuk səhifəsində belə yazıb. axar.az