Ölkə

“Şərqi Zəngəzura qayıdışın sürətləndirilməsi üçün işlər görülür” – Samir Şərifov

“Şərqi Zəngəzura qayıdışın sürətləndirilməsi üçün işlər görülür” – Samir Şərifovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan şanlı qələbədən sonra yeni dövrə qədəm qoyub. İnsanlarımızın Qarabağa və Şərqi Zəngəzura qayıdışının sürətləndirilməsi üçün işlər həyata keçirilir”.

7Times.az -ın xəbərinə görə, bu fikirləri maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“İşğaldan azad edilən ərazilərdə bərpa işləri aparılır, yenidən həmin ərazilərdə olan məscidlərimizdə azan səsləri eşidilir”, – deyə o vurğulayıb.

Gələn ilin dövlət büdcəsində ən mühüm istiqamətlərindən biri işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsidir. Bu məqsəd üçün növbəti ildə 2,2 milyard manat vəsait nəzərdə tutulub