Hadisə

Şərurda ağır yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alan var

Şərurda ağır yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alan varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərur rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

7Times.az xəbər verir ki, hadisə Aşağı Daşarx kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, Siyaqut kənd sakini, 1993-cü il təvəllüdlü Ələkbərov Rahib Mahir oğlu ölüb, 1993-cü il təvəllüdlü Məmmədova Şəfəq Vaqif qızı isə xəsarət alıb.

Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Kəllə-beyin travması alan Ş.Məmmədovanın vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.