Aktual

“Səssiz qatil” Avropada mindən çox can aldı – Anomal istilərin qurbanları arta bilər

“Səssiz qatil” Avropada mindən çox can aldı – Anomal istilərin qurbanları arta bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il mövsümi normalardan xeyli yüksək olan istilər nəticəsində həyatını itirənlərin sayı mini ötüb.

7Times.az  xəbər verir ki, İspaniya və Portuqaliyada 1027 nəfərin öldüyü açıqlanıb. İngiltərə Sağlamlıq Təhlükəsizliyi Təşkilatı fövqəladə vəziyyət hesab edilən dördüncü səviyyədə həyəcan siqnalı verdiyi üçün ölkədəki məktəblər və sağlamlıq mərkəzləri bağlanıb. Milli Dəmir Yolları Şəbəkəsi vətəndaşları yalnız zəruri hallarda səyahət etməyə çağırıb. Havanın temperaturunun 40 dərəcəni keçdiyinə görə ölənlərin sayının artmasından narahat olan səhiyyə işçiləri insanlardan zəruri olmadıqca çölə çıxmamağı xahiş edib.

 

Elm adamları son bir neçə gündə qeydə alınan yüzlərlə ölümü iqlim dəyişikliyi səbəbindən artan temperaturla əlaqələndirib və “səssiz qatil” adlandırdıqları isti dalğanın həssas insanlara təsir edəcəyini vurğulayıblar.

 

Digər tərəfdən Britaniyanın bu gün ölkə tarixinin ən isti gününü yaşamağa hazırlaşdığı qeyd olunub. Gün ərzində temperaturun 41 dərəcəyə çatacağı bildirilib. Meteorologiya Departamenti bazar ertəsi və çərşənbə axşamı ekstremal temperaturlarla bağlı xəbərdarlıq edib. İsti dalğanın cənub-şərqdə Londondan şimalda York və Mançesterə qədər bütün İngiltərədə, o cümlədən Uels və Şotlandiyanın bəzi hissələrində hiss olunacağı gözlənilir.

 

Qeyd edək ki, Fransa, Portuqaliya, Yunanıstan və Xorvatiyada meşə yanğınları hələ də davam edir. Meteoroloqlar isti dalğasının gələn həftə də müşahidə ediləcəyini, bunun Almaniya və Belçika kimi digər Avropa ölkələrinə də təsir edəcəyini açıqlayıblar.