Ermənistan Baş Prokurorluğuna növbədənkənar parlament seçkilərində səsvermə zamanı 64 qanun pozuntusu barədə məlumat daxil olub.
7times.az xəbər verir ki, bu barədə prokurorluğun nümayəndəsi Edqar Arsenyan bildirib.
Daxil olan məlumatlardan 11-i KİV-də nəşr olunub, 28 mesaj vətəndaşlardan daxil olub, 2 qeyd sosial şəbəkələrdə aparılıb, 23 pozuntu isə hüquq-mühafizə orqanlarının əməkdaşlarının əməliyyat məlumatlarına daxildir.
Arsenyanın sözlərinə görə, səsvermənin gizliliyi 16 halda pozulub. Seçici siyahısının tərtib edilməsi qaydasının pozulmasına bir dəfə rast gəlinib. Rüşvət alma və və ya vermə halları 6 dəfə müşahidə edilib. Seçki hüquqlarının həyata keçirilməsinə mane olunması 16 halda baş verib. Seçki məntəqələrində və ya bitişik ərazilərdə zorakılıq tətbiqi 4 dəfə yaşanıb. Çoxsaylı səsvermə faktı ilə bağlı 15, təşviqata mane olunması ilə bağlı isə 2 mesaj alınıb.
Xatırladaq ki, bu gün Ermənistanda erkən parlament seçkiləri keçirilir. Seçkidə iştirak etmək üçün 25 siyasi qüvvə – 21 partiya və 4 blok qeydiyyatdan keçib. Unikal.org
Follow @7timesaz