Səudiyyə Ərəbistanı 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək fikrindən daşınıb.
Fanat.Az xəbər verir ki, informasiyanı “Marca” yayıb.
Xəbərə görə, sözügedən ölkənin rəhbərliyi DÇ-ni təşkil etməyə birgə namizədliyini verən digər ölkələrlə – Portuqaliya, İspaniya və Mərakeş ilə rəqabət aparmağın çətin olacağını düşünürək bu addımı atıb.
Səudiyyə Ərəbistanı mundialı Yunanıstan və Misirlə birlikdə keçirməyi planlaşdırırdı. Mənbə Səudiyyə Ərəbistanının baş nazirinin Yunanıstan və Misirin dövlət adamları ilə əlaqə saxlayaraq onları namizədliklərini geri götürdükləri barədə məlumatlandırdığını açıqlayıb.
Xatırladaq ki, mundialı qəbul etməyə Argentina, Paraqvay, Uruqvay və Çili də ortaq namizədliyini irəli sürüb. Bu barədə yekun qərar FİFA-nın 2024-cü ildə baş tutacaq 74-cü konqressində qəbul olunacaq.
Follow @7timesaz