Səudiyyə Ərəbistanında bu şəxslər EDAM EDİLDİ – FOTO

Səudiyyə Ərəbistanında bu şəxslər EDAM EDİLDİ – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın gözü Qətərdə keçirilən 2022 Dünya Çempionatına çevrildiyi bir vaxtda Səudiyyə Ərəbistanının 12 nəfərin başını qılıncla kəsərək edam etdiyi məlum olub.

7times xarici mətbuata istinadən bildirir ki, son iki həftədə 12 nəfər narkotikə görə ölüm cəzası alaraq edam edilib.

İnsan haqları təşkilatı “Reprieve” Səudiyyə rəhbərliyinin dünyanın Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatına diqqət mərkəzində olmasından istifadə edərək edamları həyata keçirdiyini bildirib.

Xatırladaq ki, Ər-Riyad ötən il zorakılıq olmayan cinayətlərə görə ölüm hökmü tətbiq edilməyəcəyinə söz verib. Bildirilir ki, bu il ölkədə gizli edam edilənlərin sayı əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Mart ayında Səudiyyə Ərəbistanı bir gündə 81 nəfəri edam etməklə dünya ictimaiyyətinin etirazlarına səbəb olub.