Türkiyədə Oğuzhan Uğurun Babala TV-də yayımlanan verilişində qonaqlardan birinin çıxışı gündəm olub.
7Times.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, verilişdə zəlzələdə ailəsini itirən iştirakçı müğənni Mustafa Sandaldan təsirli xahiş edib.
O, müğənnidən “Ürəyim Aya Bənzəyir” mahnısını oxumasını istəyib.
Belə ki, o, sənətçiyə sevgilisi ilə onun konsertinə getdiyini xatırladaraq, – “Ora Çiğdemlə gəlmişdim. Çiğdem mənim ən böyük itkimdir. O, sizi çox sevirdi. Onun sevdiyi mahnını bir az oxuya bilərsizmi?”, – deyib.
Həmin təsirli anları təqdim edirik: