İdman

“Sevilya” baş məşqçisi ilə vidalaşdı

“Sevilya” baş məşqçisi ilə vidalaşdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sevilya” baş məşqçisi Dieqo Alonso ilə yolları ayırıb. 

Fanat.Az xəbər verir ki, məlumatə Əndəlüs klubunun mətbuat xidməti yayıb.

48 yaşlı mütəxəssis bu ilin oktyabrından İspaniya klubunu çalışdırırdı. Onun rəhbərliyi altında komanda 14 oyuna çıxıb, 2 dəfə qalib gəlib, 5 dəfə heç-heçə edib və 7 dəfə uduzub.

Dekabrın 16-da “Sevilya” La Liqanın 17-ci turunda evdə “Xetafe”yə məğlub olub (0:3). Komanda 13 xalla İspaniya çempionatında 16-cı pillədə qərarlaşıb.

Bundan əlavə, “Sevilya” Çempionlar Liqasının B qrupunu 2 xalla sonuncu yerdə başa vurub və avrokuboklardan kənarda qalıb.