İdman

“Sevilya”nın baş məşqçisi: “Bu, bizə güc verdi”

“Sevilya”nın baş məşqçisi: “Bu, bizə güc verdi”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Liqasının qalibi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, turnirin finalında İtaliyanın “Roma” və İspaniyanın “Sevilya” komandaları üz-üzə gəliblər.

Macarıstanın paytaxtı Budapeşt şəhərindəki “Puşkaş Arena”da keçirilən görüşdə əsas vaxtda qalib müəyyənləşməyib – 1:1. Əlavə vaxtda da hesab dəyişməz qalıb. Bu üzdən də penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Sevilya” yenə bu turnirdə ən güclü olmağı bacarıb.

Matçdan sonra UEFA-nın rəsmi saytına danışan “Sevilya”nın baş məşqçisi Xose Luis Mendilibar qələbəni belə şərh edib:

“Matça pis başladıq. Rəqib meydanda özünü rahat hiss edirdi. Amma ikinci hissədə dəyişdik. Əlavə vaxtda əhəmiyyətli heç nə baş vermədi, penaltilər seriyasında isə uğur qazandıq. Burada olduğumuza görə şadam. Bu mövsüm keçirdiyimiz çətin dövrdən sonra qalib gəldiyimiz üçün şadam. Biz yaxşı iş gördük. Bu, kluba müsbət təsir göstərə bilər. Bizə qol vuranda hamı düşünürdü ki, geri qayıtmağımız çox çətin olacaq. Ancaq fasilədən sonra tez hesabı bərabərləşdirdik. Bu, bizə finalda qələbə üçün mübarizə aparmağa güc verdi. Məşqdə və 60 min azarkeş qarşısında penalti vurmaq eyni şey deyil. Penaltini yerinə yetirəcək futbolçulara güvənirdik”.