Bir neçə gündür sosial mediada aktrisa Firuzə Balayevanın “Komedixana”dan ayrılması ilə bağlı müzakirələr gedir. Aktrisa bu barədə “Səhərin səsi” verilişində sərt şəkildə danışıb. O, geri qayıtmaq fikrində olmadığını vurğulayıb. Məsələylə bağlı Firuzə Balayeva ilə əlaqə saxladıq. O qeyd edib ki, mənim ağıllı adamlarla deyil, səhnədən başı çıxmayan adamlarla problemim olur:
“O ki qaldı geri qayıtmağa, adam getdiyi yerə necə qayıtsın? Danmıram, 3 ildən çox orada işləmişəm, oranın pulu ilə dolanmışam, az-çox tanınmışam. Bunları ayaq altına ata bilmərəm. Sadəcə, mən özümə hörmət edib, çıxmaq qərarını verdim. Ayrılmaq istəyirəm deyəndə, bəziləri getmə dedi. Amma şəxsən Ənvər Abbasov demədi, getmə. Əksinə, yazdı ki, özüm sənə demək istərdim ki, bizimki sənlə alınmır”.
7Times.az
Follow @7timesaz