Ölkə

Seysmoloqdan zəlzələ XƏBƏRDARLIĞI: “Ocaqlar daha da aktivləşəcək”

Seysmoloqdan zəlzələ XƏBƏRDARLIĞI: “Ocaqlar daha da aktivləşəcək”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hiss edilən zəlzələlər davamlı olaraq baş verəcək. 2024-cü ildə də Xəzər dənizində belə zəlzələlər olacaq”. 

Bunu Demokrat.az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib. Onun sözlərinə görə bundan sonrakı müddət ərzində Xəzər dənizində bugünkü zəlzələnin ocağına qonşu ocaqlar da aktivləşəcək:

“Bu ocaqlar artıq oyanıb, daha da aktivləşəcək. Mərkəzi və Cənubi Xəzərdə zəlzələ ocaqlarında kəskin aktivlik müşahidə edəcəyik. Bakı şəhərində təkanları hiss etməyimiz qaçılmazdır. Talış zonası, Hacıqabul, Şamaxı-İsmayıllı, Ağsu zonaları da yenidən aktivləşəcək”.