Sezen Aksunun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda kimsəsiz uşaqlar üçün xeyriyyə aksiyası keçirilib.
Yenisabah.az xəbər verir ki, aksiya Bakıda 1 saylı körpələr evində və İstanbuldakı Qalip Öztürk adına kimsəsiz qızlar evində baş tutub.
Aksiyanın təşəbbüskarı və maliyyəçisi Türkiyənin məşhur bəstəkar, şair və müğənnisi Sezen Aksu olub.
Hər iki ölkədəki xeyriyyə tədbirləri Sezen Aksunun 1998-ci ildə Bakıda ilk konsertini təşkil edən, əvvəllər “ZODİAK-L” MMC (təşkilatçılıq və reklam) şirkətinin rəhbəri Lalə Mustafayeva tərəfindən icra və koordinasiya olunub. Tədbirlərdə Sezen Aksu iştirak etməsə də, bütün təşkilatçılıq işləri Lalə Mustafayevaya həvalə olunub.
L. Mustafayeva məsələ ilə bağlı müsahibə verib. O bildirib ki, Sezen Aksu və ailəsi ilə indiyə qədər gözəl münasibətləri var:
“Bu xeyriyyə aksiyası təklifi də Sezen Aksu tərəfindən olub. Sezen Aksu dünyaca tanınan və qəbul edilən, 800 mahnının müəllifi, böyük sənətkardır. Ona hörmətim və sevgim böyükdür. İstər Türkiyədə, istərsə də Azərbaycanda xalqın könlündə taxt quran bəstəkar-müğənnidir”.
Onun bu təşəbbüsü məni çox sevindirdi və bu xeyirxah işdə mənim də payım olsun istədim. Təklifi qəbul etdim və Azərbaycan Novruz bayramı ənənələri ilə həm İstanbulda, həm də Bakıda kimsəsiz uşaqlar üçün tədbir keçirdik./ Baku.ws
Follow @7timesaz