Maqazin

Sezen Aksu azərbaycanlı qadından şikayətçidir

Sezen Aksu azərbaycanlı qadından şikayətçidirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli müğənni Sezen Aksu Beykozdakı malikanəsinə icazəsiz girməyə çalışan azərbaycanlı xanımı polisə şikayət edib.

7Times.az türk mediasına istinadən məlumatına görə, gecə 02:00 radələrində 47 yaşlı azərbaycanlı olduğu bildirilən L.M. adlı şəxs ifaçının evinin qapısını döyüb. O, mühafizəçilərə Sezen Aksunu görmək istədiyini deyib. Ona gec olduğu üçün bunun mümkün olmadığı bildirilsə də, qadın onları itələyərək bağa daxil olub.

Qadın “Sizi öldürərəm. Gedin buradan. Sezen xanımı öldürmək istəyirsiniz?” deyə, qışqırmağa başlayıb. Bundan sonra o, bayıra çıxardılıb və polis qadını saxlayıb.

Məlum olub ki, bu, L.M.-nın Aksunun evinə ilk girmə cəhdi deyil. O, 4 dəfə buna cəhd etsə də, məqsədinə nail ola bilməyib.

S.Aksu onunla bağlı polisə şikayətində 2022-ci ildə həmin şəxsin oxşar hərəkəti səbəbindən evinə ziyan dəydiyi, lakin pərəstişkarı olduğu üçün bunu göz ardı etdiyi bildirilib. Aksu artıq bu ziyarətlərin narahat edici olduğunu söyləyib.

L.M. isə həmin vaxt Novruz bayramı münasibəti ilə Aksunu görməyə getdiyini, lakin eyni mühafizəçi tərəfindən kobud rəftarla qarşılaşdığını vurğulayıb.

Beykoz Prokurorluğu məsələ ilə bağlı istintaqı yekunlaşdırıb. Onun barəsində hədə-qorxu və israrlı təqibə görə 1 ildən 4 ilədək azadlıqdan məhrum etmə tələbi ilə iddia qaldırılıb.