Türkiyəli məşhur müğənni Sibel Can Bodrumda keçmiş sevgilisi Emir Sarıgüllə bir araya gəlib.
51 yaşındakı müğənni ilə tez-tez görüntülənən, lakin münasibətini etiraf etməyən 41 yaşlı Sarıgül yenidən Sibel Canla görüşüb. Sibel Canın yüksək əhval-ruhiyyədə olduğu görüntülərdən bəlli olur.
Bir müddət telefonla məşğul olan Sarıgül daha sonra Sibel Canla məkandan ayrılıb.
Qeyd edək ki, Emir Sarıgül türkiyəli biznesmen və siyasətçisi, İstanbul şəhər Şişli bölgəsinin bələdiyyə başçısı Mustafa Sarıgülün oğludur.
Emir Sarıgül teleaparıcı Buket Aydınla bir il eşq yaşasa da, onlar ötən il yollarını ayırıblar. Aydının Sarıgülün evlilik təzyiqindən sıxıldığı üçün münasibətini bitirdiyi iddia edilib.
Buket Aydın isə tanınmış iş adamı Muhsin Bayrakla restoranların birində yemək yeyərkən kameralara tuş gəlib. Media əməkdaşlarını görən cütlük restoranı ayrılıqda tərk edib.oxu.az