Türkiyənin “Star TV” kanalında yayımlanan “Şarkılar Seni Söyler” verlişinin final edəcəyi iddiaları yayılmağa başlayıb.
7times.az Türkiyə mediasına istinadən xəbər verir ki, reytinqlərdə çox aşağı sıralarda yer alan proqramın yayımının dayandırılması müzakirə olunur. Bir müddət əvvəl kanal rəhbərliyi tərəfindən proqramın yayım günü dəyişdirilsə də, yenidən gözləntiləri qarşılaya bilmədi.
Qeyd edək ki, proqramın aparıcıları Türkiyə musiqinin məşhur simaları Sibel Can, Hakan Altun və Hüsnü Şenlendiricidir.
Elmir Kərimli
Follow @7timesaz