Şimali Kipr Türk Respublikasında prezident seçkilərinin ikinci turunun qeyri-rəsmi nəticələri açıqlanıb.
7times.az Türkiyə mediasına istinadən xəbər verir ki, Milli Birlik Partiyasının namizədi Ersin Tatar 51,74% səslə prezident seçilib. Onun rəqibi Mustafa Akıncı isə səslərin 48,26%-ni toplayıb.
Seçkilərin rəsmi nəticələri bu gecə açıqlanacaq.
Xatırladaq ki, seçkilərin birinci turunda da Ersin Tatar 32,34% səslə qalib olmuşdu. qafqazinfo
Follow @7timesaz