Şimali Koreya Rusiyaya təxminən 10 min əsgər göndərib.
7Times.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibinin müavini Sabrina Sinq gündəlik mətbuat konfransı zamanı deyib.
Şimali Koreyanın Rusiyaya göndərdiyi əsgərlərin ölkənin qərbinə gəldiyinə dair xəbərlər aldıqlarını qeyd edən Sinq, ABŞ-nin bu vəziyyətdən olduqca narahat olduğunu bildirib.
O, qeyd edib ki, bu əsgərlər yaxın bir neçə həftə ərzində Rusiya ordusunu gücləndirəcək.
Sözügedən əsgərlərin Rusiyanın Kursk bölgəsinə gəldiyini təsdiqləməkdən yayınan Sinq deyib:”Onların Kurska doğru hərəkət etməsi mümkündür. Amma hələlik daha ətraflı məlumatım yoxdur”.
“AzPolitika.info”
Follow @7timesaz