Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) Sarı dənizə doğru bir neçə qanadlı raket atıb.
“AzPolitika.info” TASS-a istinadla xəbər verir ki, bu barədə şənbə günü Yonhap agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah rəislərinə istinadən məlumat yayıb.
Şimali Koreya ABŞ sualtı qayığının Cənubi Koreyaya daxil olmasını “nüvə silahından istifadə üçün şərt” adlandırıb
Cənubi Koreya, Yaponiya və ABŞ KXDR ilə dialoqa açıq olduqlarını təsdiqləyiblər
Onun sözlərinə görə, raketlər yerli vaxtla təxminən saat 04:00-da (iyulun 21-i Moskva vaxtı ilə 22:00) buraxılıb.
Agentlik bildirib ki, hazırda ABŞ və Cənubi Koreya hərbçiləri buraxılan raketlərin xüsusiyyətlərini müəyyən etmək üçün məlumatları təhlil edirlər.
Seul əlavə edib ki, Koreya Respublikasının Silahlı Qüvvələri sonrakı atışların mümkünlüyü ilə bağlı hazır vəziyyətdədir.
Follow @7timesaz