Dünya

“Şimali Koreya Ukraynanın müttəfiqlərindən daha effektiv tərəfdaşdır”  Kuleba

“Şimali Koreya Ukraynanın müttəfiqlərindən daha effektiv tərəfdaşdır” – Kulebabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya artilleriya mərmilərinin tədarükündə Ukraynanı ötüb. Səbəblərdən biri də Şimali Koreyanın köməyidir.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba bildirib.

O, qeyd edib ki, Ukraynanın Qərbdəki tərəfdaşları hərbi istehsallarını tez artırmamaqla bağlı bir-birlərini ittiham etməyi dayandırmalıdırlar.

“Şimali Koreya Rusiya üçün Ukraynanın müttəfiqlərindən daha effektiv tərəfdaşdır. Bu, gülüncdür. Və bu dəyişməlidir. Konkret qərarların qəbuluna gəlincə, biz tərəfdaşlarımızın bəzən sonsuz müzakirələrdə necə boğulduğunu görürük. Amma batmağa vaxt yoxdur, biz indi üzməliyik”, – deyə o qeyd edib.