Cənubi Koreyanın Ukraynaya silah verə biləcyi barədə rəsmi bəyanatları Rusiyanın sabiq Prezidenti və hazırda Təhlükəsizlik Şurası katibinin müavini postunu tutan Dmitri Medvedevi bərk qəzəbləndirib.
7Times.az xəbər verir ki, xüsusilə də Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayandan bəri çox təhlükəli və bəzən də qeyri-adekvat bəyanatları, paylaşımları ilə diqqət çəkən Medvedev bu dəfə Cənubi Koreyanı hədələyib: “Maraqlıdır, bu ölkənin vətəndaşları öz qonşularında – bizim tərəfdaşımız olan Koreya Xalq Demokratik Respublikasında Rusiyanın ən müasir silahlarını görəndə nə deyəcəklər”.
Bununla da Medvedev Şimali Koreyaya yeni Rusiya silahları verə biləcəklərinə eyham vurub.
Ancaq maraqlıdır ki, hazırda Rusiya Ukrayna ilə müharibədə istifadə etmək üçün silah çatdırmaqda çətinlik çəkir. Aylarla kiçik şəhərləri mühasirəyə almağa, irəliləməyə çalışsa da, ciddi bir nəticəyə nail ola bilmir.
Rusiya öz anbarlarındakı az qala ikinci dünya müharibəsindən qalma köhnə hərbi texnikanı çıxarıb, döyüşlərə cəlb etmək məcburiyyətində qalıb. Bunun müqabilində Medvedevin Şimali Koreyaya “ən müasir Rusiya silahları” verəcəkləri ilə bağlı hədə-qorxuları bir qədər müəmmalı görünür...
Follow @7timesaz