Dünya

Sinan Oğan kimi dəstəkləyəcəyini bu gün açıqlayacaq

Sinan Oğan kimi dəstəkləyəcəyini bu gün açıqlayacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə keçirilən prezident seçkilərində “ATA İttifaqı”nın namizədi Sinan Oğan bu gün seçkilərin II turu ilə bağlı mövqeyini açıqlayacaq.

7Times.az xəbər verir ki, o, bu barədə öz tvitter hesabında paylaşım edib.

Oğan bildirib ki, mətbuat konfransı bu gün saat 17:00-da keçiriləcək.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri ötən gün baş tutub. Seçkilərin ikinci turu isə mayın 28-i keçiriləcək. Son məlumata görə, “Cumhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,36 faiz, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,99 faiz, “ATA İttifaqı”nın namizədi Sinan Oğan isə 5,21 faiz səs toplayıb.