Ölkə

Sinqapurdan Londona uçan sərnişin təyyarəsi Bakıya qəza enişi etdi – VİDEO

Sinqapurdan Londona uçan sərnişin təyyarəsi Bakıya qəza enişi etdi – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heydər Əliyev Beynəlxalq Aeroportunda Sinqapurdan Londona uçan “Qantas Airways” aviaşirkətinin “Airbus 380” sərnişin təyyarəsi qəza enişi edib. 

Aeroportdan 7Times.az-a verilən məlumata görə, bu təyyarə ilə sözügedən reysin sərnişinləri bü gün səhər saatlarında Bakıdan təyinat məntəqəsinə yola düşəcəklər.

Qeyd edək ki, dekabrın 23-ü iki göyərtəli A380 hava gəmisinin kapitanı Gürcüstan hava məkanında olarkən Bakı hava limanına eniş siqnalı göndərib.

Buna səbəb təyyarənin yük bölməsindəki tüstü sensorunun işə düşməsi olub.

Xatırladaq ki, bu, A380 təyyarəsinin uçuş heyətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna göndərdiyi ilk qəza eniş sorğusu deyil.