Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) dünya üzrə silah satışı ilə bağlı hesabatını dərc edib.
Hesabatda bildirilir ki, son illərdə kəskin artan silah ixracı hazırda sabitləşməkdədir. Ötən il ərzində ən çox silah satışı Yaxın Şərq ölkələri üzrə həyata keçirilib.
Sənəddə son illər ərzində Azərbaycan və Ermənistanın silah idxalını artırdığı qeyd olunur.
Ölkəmizin əldə etdiyi silahların 69%-ni İsraildən, Ermənistanın isə silahlarının 94%-ni Rusiyadan aldığı bildirilir.
Hesabatda Türkiyə silah sənayesinin son beş ildə sürətlə inkişaf etməsi vuruğulanır, qardaş ölkənin silah ixracının 30% artdığı halda, idxalının 59% azaldığı qeyd olunur.
Dünya silah tədarükçülərinin reytinqinə gəlincə, burada 37%-lik bazar payı ilə ABŞ liderlik edir. Onu dünya üzrə silah satışının 20%-ni həyata keçirən Rusiya izləyir. Fransa (8.2%), Almaniya (5.5%) və Çin (5.2%) isə sonrakı yerləri bölüşür. oxu.az
Follow @7timesaz