Hadisə

Şirniyyat sexində faciəvi ölüm

Şirniyyat sexində faciəvi ölümbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 31-i saat 09 radələrində Ağdaş rayonu ərazisində yerləşən şirniyyat istehsalı ilə məşğul olan müəssisədə 1992-ci il təvəllüdlü Ülvi Sadıqovun  ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Ağdaş rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Ülvi Sadıqov fəhlə kimi işlədiyi “Orelay” şirniyyat müəssisəsində iş zamanı ehtiyatsızlıqdan dəzgahın içərisinə düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.