Siyəzən rayonunun Beşdam kəndi ərazisində ağır yol qəzası qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, “Mersedes Vita” markalı avtomaşınla “Opel Astra” markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb,7 nəfər xəsarət alıb.
Yaralılar Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.
Ölən və yaralananların şəxsiyyəti hazırda dəqiqləşdirilir.