Hadisə

Siyəzəndə yeniyetmə su kanalında batdı

Siyəzəndə yeniyetmə su kanalında batdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyəzəndə 14 yaşlı oğlan su kanalında batıb.

Bu barədə 7times.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Xəbərə görə, “112” qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində 2007-ci il təvəllüdlü Quliyev Murad Şahin oğlunun batması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.