Dünya

Slovakiya “MİQ-29”-lar göndərə bilər  Hökumət Zelenskinin müraciətinə baxacaq

Slovakiya “MİQ-29”-lar göndərə bilər – Hökumət Zelenskinin müraciətinə baxacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevin Slovakiyaya döyüş təyyarələrinin (MİQ-29) verilməsi ilə bağlı rəsmi müraciətinin mümkün müzakirəsi gözlənilir. “Reuters” agentliyinin məlumatına görə, belə bir bəyanatla Slovakiyanın baş naziri Eduard Heqer çıxış edib.

“Ukraynanın Prezidenti məndən “miq”lərin göndərilməsini xahiş edib. İndi Kiyevdən rəsmi müraciət aldığımızdan danışıqlar prosesinə başlamaq mümkündür”,- Heqer bildirib.

Xatırladaq ki, Ukraynaya müxtəlif növ silahlar verən Qərb ölkələri Kiyevə Rusiyanın dərinliklərindəki hədəfləri vurmaq üçün döyüş təyyarələri və ya uzaq mənzilli sistemlər verməkdən imtina edirlər.

Amma fevralın 9-da etdiyi çıxışında Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə Avropa liderindən Ukraynaya döyüş təyyarələrinin çatdırılmasına başlamağa hazır olduqları barədə eşitdiyini söyləyib.

Bildirilir ki, bu Qərbin Ukraynaya yardımının genişləndirilməsində ən əhəmiyyətli dəyişikliklərdən biri olardı.

Slovakiya ilə Ukrayna arasında danışıqların həm də Avropa Komissiyasının iştirakı ilə aparılacağını deyən baş nazir Heqerin sözlərinə görə, Slovakiya Ukraynaya döyüş təyyarələrinin tədarükü üçün kompensasiya tələb edə bilər.

Slovakiyanın müdafiə naziri Yaroslav Nad hesab edir ki, onun ölkəsinin artıq “MİQ”qırıcılarına ehtiyacı yoxdur və alıcı tapa bilər. Məsələnin digər həll yolu isə “miq”lərin cəbhədə döyüş təyyarələrinə ehtiyacı olan Ukraynaya göndərilməsi ola bilər. Müdafiə nazirinin sözlərinə görə, hələlik məsələ ilə bağlı heç bir qərar verilməyib.