Manşet

SOCAR-ın vitse-prezidentləri işdən çıxarılıb? – Açıqlama

SOCAR-ın vitse-prezidentləri işdən çıxarılıb? – Açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) vitse-prezidentləri Mikayil İsmayılov, Tofiq Qəhrəmanov və Xalik Məmmədov vəzifələrindən azad ediliblər.

7times.az xəbər verir ki, bu barədə haqqin.az şirkətdəki mənbələrinə istinadən xəbər verir.

Mənbələr qeyd ediblər ki, SOCAR-da kütləvi kadr dəyişiklikləri Azərbaycan Dövlət Neft Şirkətindəki islahatlar və restrukturizasiyalarla bağlıdır.

***

Şirkətin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, SOCAR-ın vitse-prezidentlərini vəzifəyə Azərbaycan Prezidenti təyin edir:

“Buna görə şirkətin hərhansı bir vitse-prezidentinin vəzifəyə təyin edilməsi və ya vəzifədən azad edilməsi məhz cənab Prezidentin müvafiq sərəncamı ilə təsbit olunur.”