Ukrayna Rusiya Prezidenti Vladimir Putinin G-20 sammitində iştirak etməsinə etiraz edib.
Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib. O bildirib ki, beynəlxalq qurumlar Rusiyanı tamamilə təcrid etməlidir. Mixail Podolyakın sözlərinə görə, Rusiya beynəlxaq qurumlardan çıxarılmalıdır.
“Vacib infrastruktura hücum əmri verən, cəbhəni meyitlərlə doldurmaq üçün səfərbərlik təşkil edən şəxs G-20 liderləri ilə bir masaya əyləşə bilməz” – Podolyak deyib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya lideri Vladimir Putin G-20 zirvəsində iştirak edəcəyini təsdiq edib.
Follow @7timesaz