Dünya

ŞOK HADİSƏ – Oğlunun toyunda arvadını və qızını güllələdi – FOTO

ŞOK HADİSƏ – Oğlunun toyunda arvadını və qızını güllələdi – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə ailə başçısı Yaşar U. oğlunun toyunda zala gələrək boşanma prosesində olan həyat yoldaşını və qızını güllələyib.

7Times.az xəbər verir ki, həyat yoldaşı aparıldığı xəstəxanada həyatını itirərkən, qaçan şübhəlinin tutulması üçün genişmiqyaslı iş başladılıb.

Elazığda baş verən hadisədə övladlarının toyu üçün əraziyə toplaşan ailə üzvləri arasında yaranan iğtişaş qətllə nəticələnib. Qonaqları gözləyərkən aralarında problem olduğunu və ayrı yaşadıqları öyrənilən Yaşar U çıxardığı tapança ilə həyat yoldaşı Yasemin U.-nun başından, qızının isə ayağından atəş açıb.

Silah səsini eşidən ətrafdakı vətəndaşların xəbəri üzərinə 112 Təcili Yardım və polis qrupları hadisə yerinə sövq edilib. Hadisə yerində edilən ilk müdaxilələrdən sonra yaralılar təcili yardımlarla Fəthi Sekin Şəhər Xəstəxanasına aparılaraq müalicə altına alınıb. Başından güllə yarası alan Yasemin U. xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib və dünyasını dəyişib.

Musavat.com

  •