“Xahiş edirəm döyüşə başlayın, döyüşün artıq, qalib gələk”.
xəbər verir ki, bunu rusiyalı jurnalist-təbliğatçı Vladimir Solovyov deyib. Solovyov Rusiya ordusundan narazılığını bildirib.
Təbliğatçı qələbə gözləməkdən yorulub. O, rus ordusunun Xarkov vilayətində uğursuzluğa düçar olmasından sonra hərbçilərdən yeni qələbələr görmədiyini deyib.
“Böyük bir xahişim var. Lütfən, nizamnaməyə uyğun, bacardığınız kimi, sizə öyrədildiyi kimi döyüşə başlayın. Orduya nə lazımdır deyin. Biz dəstək verəcəyik. Axır ki, qalib gələk”, – deyə Solovyov “ah” çəkib.
Qeyd edək ki, bu efir Solovyov üçün asan olmayıb. Heç vaxt o, bu qədər ağır nəfəs aldığı olmayıb. Aydındır ki, hətta Solovyov artıq baş verənlərdən yorulub.
Bununla belə, özü hələ cəbhəyə getməyə tələsmir.KONKRET.az