Latviyada 1 milyon 800 min əhali yaşayır ki, onların da 40 faizi, yaxud 720 mini rusdillidir. Biz onları xilas etməli, müdafiə etməliyik.
Axar.az xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalının efirində rusiyalı teleaparıcı Vladimir Solovyov bildirib.
“Bu insanlar bizim qardaşlarımızdır. Başqa variantımız yoxdur. Litvada bu göstərici azalıb, amma yenə də ölkənin 5%-ni təşkil edir. Bu ölkələrdə rus dilində danışan belaruslar və ukraynalılar da var. Onları kim qoruyacaq? Bu insanların öz ana dilində danışmasını qadağan etmək tamamilə nasist təcrübəsidir. Biz nasizmlə mübarizədə qələbənin təminatçısı kimi buna yol verə bilmərik. Müharibə davam edir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın situativ tərəfdaşı olan Türkiyə bu məsələdə kifayət qədər konkretdir: “Onlar ruhən türkmeyilli, türkdilli olan insanları dünyanın hər yerində müdafiə edirlər”.
Follow @7timesaz