Rusiyalı jurnalist Vladimir Solovyov Latviyaya buraxılmayıb.
7times.az Rusiya KİV-ə istinadən xəbər verir ki, jurnalist Latviyaya daxil ola bilməyib. Buna səbəb kimi jurnalistin irqçi çıxışlarının göstərildiyi bildirilir. Məsələ ilə bağlı Latviyanın xarici işlər naziri Edqar Rinkeviç “Twitter” hesabında açıqlama verib.
“Latviya üçün nasizmin heç istənilən forması qəbuledilməzdir”, – deyə nazir yazıb.
Rusiya Jurnalistlər İttfaqı bəyanat yayıb. İttifaq bu addımı Latviyada rus dilinə və Rusiya jurnalistlərinə qarşı təzyiq kimi qiymətləndirib.
Follow @7timesaz