Hadisə

Bakıda intihara cəhd edən şəxsin xilas edilmə görüntüləri – ANBAAN VİDEO / YENİLƏNİB

Bakıda intihara cəhd edən şəxsin xilas edilmə görüntüləri – ANBAAN VİDEO / YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda intihara cəhd hadisəsi baş verib.

7times.az xəbər verir ki, hadisə Nəriman Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində yerləşən binaların birində olub.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

İntihara cəhd edən şəxs FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən xilas edilib.

Görüntüləri təqdim edirik:

09:08

Bakıda intihara cəhd olub.

7times.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunda (Aşıq Molla Cümə küçəsi) intihara təşəbbüs edən şəxsin xilas olunması üçün müraciət daxil olub. Müraciət qəbul edilən kimi FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu çağırış üzrə cəlb olunub.

Xilasedicilərin çevik və peşəkar müdaxiləsi nəticəsində vətəndaş son anda xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.