Son bir həftədə Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb.
7Times.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, 15-21 iyunda polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 14 avtomat silahı, 5 tüfəng, 12 qumbara, 1 qumbaraatan, 14 alışdırıcı, 26 patron darağı, 400 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Follow @7timesaz