Dünya

SON DƏQİQƏ! Almaniya üçün HƏYƏCAN TƏBİLİ – Əhali ciddi təhlükə ilə üz-üzədir

SON DƏQİQƏ! Almaniya üçün HƏYƏCAN TƏBİLİ – Əhali ciddi təhlükə ilə üz-üzədirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təbii qaz alışında böyük ölçüdə Rusiyadan asılı olan Almaniya sərt qışa hazırlaşır. İnsanlar evlərini itirmək təhlükəsi ilə üzləşib…

Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə başlayan enerji böhranı Avropaya dərindən təsir etməkdə davam edir.

7Times.az  xarici mediaya istinadən xəbər verir ki, Kremlin Rusiyanın “Şimal axını 1” boru kəməri ilə Avropaya qaz nəqlinin Moskvaya qarşı sanksiyalar aradan qaldırılmayana qədər tam bərpa olunmayacağını elan etməsindən sonra Almaniyadan yeni açıqlama gəlib.

XALQ CİDDİ PROBLEMLƏ ÜZ-ÜZƏDİR…

Artan enerji qiymətlərinə diqqət çəkən Almaniya prezidenti Frank-Valter Ştaynmayer bu vəziyyətin yoxsul insanların və xüsusilə ailələrin evlərini itirməsinə səbəb ola biləcəyini bildirib.

Ştaynmayer öz çıxışında yoxsul ailələrin qiymətlərin artması səbəbindən ciddi çətinliklə üzləşdiyini vurğulayıb: “İnsanlar evlərini itirmək riski ilə üz-üzədir. Ev axtaranlar münasib qiymətə kirayə mənzil tapmaqda çətinlik çəkirlər”.

“İndi biz birlikdə çalışmalıyıq ki, mənzil qiymətlərinin artması səbəbindən ödəniş çətinliyi ilə üzləşən ailələr evlərini itirməsin və küçədə qalmasın” – Ştaynmayer deyib.

Xatırladaq ki, bu yaxınlarda iqtisadiyyat naziri Robert Habek 2011-ci ildə o vaxtkı kansler Angela Merkelin elan etdiyi sıfır nüvə siyasətinin dayandırılmasını nəzərdə tutan bəyanatla çıxış edib.

“Ölkədə açıq olan üç atom elektrik stansiyasından ikisi hər ehtimala qarşı 2023-cü ilin aprel ayının ortalarına qədər fəaliyyət göstərəcək” – Hökumətin anti-nüvə tərəfdaşı olan Habek söyləyib.

Almaniyanın qərarı xarici mətbuatda “U dönüşü” kimi şərh edilib.

Qeyd edək ki, 2011-ci ildə Yaponiyada baş vermiş Fukusima nüvə fəlakətindən sonra Angela Merkel atom enerjisindən tamamilə imtina etmək qərarına gəlmiş və ölkədəki 6 elektrik stansiyasından 3-nün bağlanmasına qərar vermişdi.

Qeyd edək ki, Rusiyanın dövlət enerji şirkəti “Qazprom” aprel ayında tədarük etdiyi qaza görə rublla ödəniş etməkdən imtina edən “GasTerra”ya təbii qaz axınını dayandıracağını açıqlamışdı.

Şirkət bundan əvvəl rublla ödəniş etməkdən imtina edən Finlandiyaya qaz nəqlini də kəsmişdi.

PUTİNİN SİYAHISINDA HANSI ÖLKƏLƏR VAR?

Ötən həftələrdə Putinin imzaladığı fərmanla “dost olmayan ölkələr”in siyahısı rəsmiləşib.

Rusiya hökumətinin açıqladığı siyahıya ABŞ və bütün Aİ ölkələri daxil edilib.

Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan da siyahıda yer alıb.Musavat.com