Ölkə

SON DƏQİQƏ: Azərbaycanda məhkəmə binası yanır

SON DƏQİQƏ: Azərbaycanda məhkəmə binası yanırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində məhkəmə binasında yanğın başlayıb.

7Times.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Nizami rayonunda yerləşən məhkəmə binasında qeydə alınıb.

Gəncə şəhərinin Nizami rayonunda inzibati binada yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.