Gəncə şəhərində beş mərtəbəli binada yanğın baş verib.
7Times.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və 8 yanğınsöndürən maşını cəlb olunub.
Yanğın yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Yaşar Rəhimovun cəsədi aşkarlanıb.
Hadisənin qaz sızmasından yaranmış partlayış nəticəsində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Follow @7timesaz