Dünya

SON DƏQİQƏ: Azərbaycanlı məşhur aparıcı Ukraynadakı müharibədə həlak oldu – FOTOLAR

SON DƏQİQƏ: Azərbaycanlı məşhur aparıcı Ukraynadakı müharibədə həlak oldu – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada hazırda davam edən müharibədə daha bir azərbaycanlı həlak olub.

 

7Times.az bildirir ki, “Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, Kərim Qulamov adlı azərbaycanlı döyüşlər zamanı dünyasını dəyişib.

Məlumata görə, Qulamov Ukraynanın “M1” musiqi kanalında aparıcı kimi çalışıb, müharibəyə könüllü yollanıb. Onun ölümü barədə məlumatı isə ilk olaraq dostları fesybukda paylaşıb.

Bildirilir ki, iyulun sonu Qulamovun 35 yaşı tamam olacaqdı.

***

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski də öz rəsmi feysbuk hesabında Kərim Qulamov barəsində paylaşım edib. 

Onun sözlərinə görə, K.Qulamov Ukraynada hazırda davam edən müharibənin ilk günündən döyüşlərdə iştirak edib. Ukrayna mətbuatında Qulamovun “M1” telekanalında aparıcı olaraq çalışdığı bildirilsə də, səfir onun “M2” telekanalında işlədiyini qeyd edib.