Dünya

SON DƏQİQƏ: İran polisi 2 azyaşlı uşağı güllələdi – FOTO

SON DƏQİQƏ: İran polisi 2 azyaşlı uşağı güllələdi – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaqların anası və atası da saxlanılıb

İran polis qüvvələrinin Mərivan şəhər sakininin avtomobilinə atəş açması nəticəsində 9 və 11 yaşlı iki uşaq həlak olub.

Qazet.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. İyulun 31-də baş verən hadisə zamanı polis məmurları Mərivan şəhər sakini Rəhman Raşidi Məneşin şəxsi avtomobilini atəşə tutublar. Bu zaman maşında olan və ağır güllə yarası alan 2 uşaq dünyasını dəyişib.

Öldürülən uşaqların Rəhman Raşidi Məneşin övladları olduğu bildirilir. Məlumata görə, uşaqların atası və anası da təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Məlumatda o da qeyd olunub ki, polis məmurları əvvəlcədən heç bir xəbərdarlıq etmədən Raşidi Məneşin avtomobilini gülləbaran ediblər.

İranın məhkəmə və hüquq-mühafizə orqanları hələlik hadisə barədə, habelə vətəndaşın avtomobilinə atəş açılmasının səbəbi ilə bağlı heç bir açıqlama verməyib.