Moskva yaxınlığındakı Sergiev Posadda baş verən güclü partlayışın qurbanlarının sayı kəskin artıb.
7Times.Az xəbər verir ki, bu barədə Shot Telegram-kanalı yazır.
Baş verən partlayış nəticəsində yaralananların sayı 31-ə çatıb.
Moskva yaxınlığında güclü partlayışın səbəbi olaraq əvvəlcə dronun Sergiev Posaddakı binanı vurması bildirilib. Daha sonra hadisənin optik-mexanika zavodunun ərazisində yerləşən pirotexniki vasitələrin saxlandığı anbarda baş verdiyinə dair sübutlar təqdim edilib.
Partlayış o qədər güclü olub ki, qonşu evlərin pəncərələri sınıb. Hadisə şahidlərinin lentə aldığı videoda şəhərin üzərində göbələk şəklində tüstü buludunun səmaya qalxması əks olunub.
Artıq məlumdur ki, yerli administrasiya Sergiev Posadda baş verən güclü partlayışa münasibət bildirib. Daha sonra idarənin nümayəndəsi bildirib ki, hazırda hadisənin səbəbləri araşdırılır. Bundan əlavə, Moskva vilayətinin rəhbəri Andrey Vorobyov hadisə yerinə getdiyini bildirib.
Follow @7timesaz