Hərbi

SON DƏQİQƏ! Putin qoşunlara əmr verdi – Müharibə bu həftə başlayacaq!

SON DƏQİQƏ! Putin qoşunlara əmr verdi – Müharibə bu həftə başlayacaq!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika KİV-ləri Rusiyanın Ukraynaya tezliklə hücum edəcəyinə dair yeni həyacanlı məlumatlar yayır.

7Times.az  virtualaz.org-a  xəbər verir ki, PBS NewsHour saytının müxbiri Nik Şifrin Qərbdəki üç hərbi mənbəyə istinadən prezident Vladimir Putinin qoşunlara Ukraynaya hücum əmri verdiyini bildirir. Bu haqda jurnalist özünün Twitter səhifəsində yazıb.

Onun sözlərinə görə, ABŞ rəsmi şəxsləri gözləyir ki, Rusiya tərəfi öz planlarını həyata keçirməyə artıq gələn həftə başlayacaq. Hərbi müdaxilə havadan iki günlük bombardmanla və radioelektron mübarizə sistemlərinin kütləvi tətbiqi ilə başlayacaq. Moskvanın ehtimal olunan məqsədi Kiyevi tutmaq və orada marionet rejim qurmaqdır.

Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da Rusiyanın Ukraynaya müdaxiləsinin Pekində keçirilən Qış Olimpiya oyunları ərzində başlaya biləcəyini açıqlayıb. O, hücumun havadan bombardmanlarla başlaya biləcəyini deyib. Sallivan bütün amerikalıları yaxın 24-48 saat ərzində Ukraynanı tərk etməyə çağırıb. “Risk kifayət qədər böyükdür”, – Sallivan deyib.

İsrail mənbələri də Rusiyanın hücumunun gələn həftə başlayacağı barədə həyacanlı informasiyalar yayır. Bildirilir ki, dünyanın aparıcı kəşfiyyat idarələri (Mərkəzi Kəşfiyyat İdarəsi, “Mossad”, MI6) hücumun gələn həftə başlayacağına dair informasiya əldə ediblər. Bununla əlaqədar olaraq xarici diplomatların, o cümlədən İsrail səfirliyinin əməkdaşlarının Kiyevdən təcili təxliyəsi haqda qərar qəbul edilib.

Amerika KİV-ləri isə bildirir ki, prezident Cozef Bayden Rusiyanın gözlənilən hücumu ilə bağlı ötən gün fevralın 11-dən başlayaraq Avropa liderləri ilə qapalı videoəlaqə kanalı üzərindən təcili məsləhətləşmələr keçirir. Baydenin Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Boris Conson, Polşanın baş naziri Anjey Duda, NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə danışdığı bildirilir. Xəbər verildiyi kimi, bu gün fevralın 12-də Baydenin Rusiya prezidenti Vladimir Putinlə də danışacağı açıqlanıb.

Nüfuzlu “Politico” nəşri isə yazır ki, prezident Bayden Avropa liderləri ilə danışıqlarında Rusiyanın Ukraynaya hücum tarixini açıqlayıb. Amerika lideri hücumun fevralın 16-da başlayacağını onlara bildirib. Bir neçə ABŞ rəsmisi Baydenin Avropa liderləri ilə danışıqlarında belə bəyanatla çıxış etdiyini təsdiqləyiblər.

Müharibənin tezliklə başlayacağına dair bu cür həyacanlı xəbərlərin gəldiyi bir vaxtda Rusiyanın Ukrayna sərhədləri boyu yeni qüvvələr cəmləşdirməkdə olduğunu da son peyk görüntüləri təsdiq edir. Rusiya ordusunun fəallığı üç istiqamətdə-Belarusun istiqamətində, Krımda və Ukraynanın qərb istiqamətində müşahidə olunur. Belarus ərazisində, Ukrayna sərhədlərinin təxminən 30 kilometrliyində iri səhra hospitalı qurulub. ABŞ-ın “Buzzfeed” nəşrinin müxbiri Kristofer Miller özünün sosial media hesabında bu hospitalın peyk görüntülərini yayıb.

Hospital Belarusun Zyabrovka rayonunda yerləşir. Jurnalist müqayisə üçün Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsində qurduğu səhra hospitalının fotolarını da təqdim edib. Səhra hospitalı böyük ərazidə yerləşir. Xatırladaq ki, hazırda Belarusda Rusiya ilə birgə hərbi təlimlər keçirilməkdədir. O cümlədən Krımın Oktyabrsk hərbi aerodromuna İl-76 təyyarələri ilə yeni hərbi texnika daşınır, Rusiyanın Ukrayna ilə sərhədboyu ərazilərində də hərbi texnika kalonlarının hərəkəti ara vermir.

Sosial şəbəkələrdə yayılan kadrlara görə Rostov vilayətində xeyli tank Ukrayna istiqamətində irəliləyərkən bataqlıqda batıb və onları ekskovatorların köməyi ilə çıxarmağa çalışırlar. Sosial şəbəkə istifadəçiləri istehza ilə yazırlar ki, Ukrayna “Javelin” raketlərini istifadə etməyə bilər, çünki rus tankları artıq palçıqla döyüşdə uduzub.